...

İyunun 21-də rus hərbi texnikası ilə dolu növbəti eşelon Gürcüstandan Rusiyaya yola düşəcək

Siyasət Materials 20 İyun 2007 14:42 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Rusiyanın Batumidə yerləşən 12-ci hərbi bazasından hərbi texnika və silah-sursatla dolu növbəti eşelon iyunun 21-də Gürcüstandan Rusiyaya yola düşəcək. Çərşənbə günü Gürcüstanın Müdafiə Nazirliyindən verilən məlumata görə, ənənəyə uyğun olaraq eşelon Rusiyaya Azərbaycan ərazisindən keçərək gedəcək.

Rusiya hərbi sursatının çıxarılmasına isə Gürcüstanın Müdafiə Nazirliyinin nəzarətçiləri nəzarət edəcəklər və onlar eşelonu Azərbaycan sərhədinə qədər müşayiət edəcəklər.

Eşelonun tərkibinə 41 ədəd avtomobil texnikasının yüklənəcəyi 33 platforma və vaqon, həmçinin 500 ton çəkiyə malik 13 döyüş-kəşfiyyat maşınları daxildir.

Mövcud cədvələ əsasən, 2007-ci ilin sonlarına yaxın avtomobil kolonlarının və 11 hərbi dəmir yol eşelonunun göndərilməsi planlaşdırılır.

Rusiya və Gürcüstan arasında razılığa əsasən, Axalkalakidə yerləşən 62-ci rus hərbi bazası 2007-ci iln sonuna, Batumidə yerləşən 12-ci rus hərbi bazası isə 2008-ci il ərzində bağlanmalıdır.

.

Xəbər lenti

Xəbər lenti