...

ATƏT gənc rəssamların Azərbaycanda polisin rolu haqqında sərgi-müsabiqəsini keçirib

Siyasət Materials 21 İyun 2007 19:37 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Bədəlova/ Bu gün Minhgəçevir şəhərində ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə gənc rəssamların sərgi-müsabiqəsi keçirilib. Təqribən 40 şagird polis əməkdaşlarını necə görmək istədikləri ilə bağlı çəkdikləri şəkillərə görə mükafatlandırılıb.

Bu, ölkəmizdə ilk bu cür müsabiqədir. Tədbirin məqsədi polis əməkdaşları ilə cəmiyyət arasındakı münasibətləri qaydaya salmaqdır.

"Sərgidə nümayiş etdirilən şəkillər uşaqların polis əməkdaşlarını necə görmək istəyini göstərir",-deyə ATƏT-in Bakı nümayəndəliyinin rəhbərinin müavini Robin Sivord bildirib.

"Uşaqların şəkilləri onların qarşısında, həmçinin ümumilikdə cəmiyyət qarşısında bizim məsuliyyətimizi ön plana çıxarır",-deyə ATƏT eksperti Mehmet Erdem söyləyib.

Müsabiqənin münsiflər heyətinə rəssamlar daxil olub. Birinci yeri tutan rəsm sərigilərində nümayiş olunacaq, plakat, açıqca və təqvimlərdə istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti