...

Azərbaycan prezidenti Moskva merinə təbrik məktubu göndərib

Siyasət Materials 28 İyun 2007 20:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Moskvanın meri Yuri Lujkova təbrik məktubu göndərib. Bu barədə Trend xəbər verir.

Məktubda Azərbaycan prezidenti Yuri Lujkovu Moskvanın meri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, Moskvanın inkişafında Lujkovun xidmətləri, eyni zamanda Azərbaycanla Moskva arasında dostluq və hərtərəfli əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi və genişlənməsinə sanballı töhfəsi yüksək qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti