...

Gürcüstan və Azərbaycanın siyasi təşkilat rəhbərləri Borçalıya səfər edəcəklər

Siyasət Materials 12 İyul 2007 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gürcüstanda yaşayan azərbaycanlıların yaşayışı, problemləri ilə tanış olmaq üçün "Azərbaycan yolu" Siyasi Hərəkatının sədri İlqar Qasımov Gürücstanın Leyborist-fəhlə Partiyasının sədri Şalva Natalaşvili ilə birgə Kvemo-Kartli (Borçalı) bölgəsinə səfər edəcək. Bu barədə Gürcüstanda səfərdə olan İlqar Qasımovla Şalva Natalaşvili arasında cümə axşamı razılıq əldə olunub.

Natalaşvilinin dəvəti ilə Gürcüstanda olan Qasımov azərbaycanlılar yaşayan bölgələrə səfər edilməsini təklif edib və təşəbbüsü müsbət qarşılanıb. Bu ilin avqustunda səfərin həyata keçirilməsi qərara alınıb.

Təşkilat rəhbərləri həmçinin təmsil olunduqları GUAM-a üzv ölkələrin müxalif siyasi hərəkatları və partiyalarının Koordinasiya Şurasının keçirəcəyi həmrəylik mitinqlərini də müzakirə ediblər. GUAM-a üzv ölkələrin öz ərazilərində məruz qaldıqları münaqişələrlə bağlı sentyabrın 22-də eyni saatda dörd ölkədə keçiriləcək həmrəylik mitinqinə Gürcüstanın digər müxalifət partiylarının da qatılması barədə razılıq əldə edilib. Cümə axşamı Tbilisidə mətbuat konfransı keçirən Qasımov bu ölkədə yaşayan azərbaycanlıların təhsil hüquqlarının pozulmasına, Azərbaycandilli məktəblərin bağlanılmasına, azərbaycanlı məktəb direktorlarının gürcülərlə əvəzlənməsinə, Azərbaycan toponimli rayon və kənd adlarının gürcü adları ilə dəyişdirilməsinə etirazını bildirib.

Xəbər lenti

Xəbər lenti