...

Gürcüstandakı Rusiya hərbi bazasından hərbi texnikanın növbəti hissəsi yola salınıb

Siyasət Materials 19 İyul 2007 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı/. Trend E.Hüseynov/Cümə axşamı Gürcüstandakı 12-ci Rusiya hərbi bazasından (Batumi şəhəri) Azərbaycan vasitəsilə Rusiyaya çatdırılacaq silah-sursat və hərbi texnikanın növbəti hisssəi yola salınıb. Bu, may ayından başlayaraq Gürcüstandan Rusiyaya daşınanan 10-cu eşelondur.

Eşelonun tərkibinə 19 ədəd texnika və muhəndis-sanitar əmlakının daxil olduğu 34 platforma daxildir. Azərbaycanın Gürcüstandakı səfirliyindən cümə axşamı telefonla verilən məlumata görə, yüklərin ümumi həcmi 706 ton təşkil edir. Texnikanın növbəti hisssəsi iyulun 26-da çıxarılacaq.

Azərbaycan və Rusiya arasında Azərbaycan ərazisi vasitəsilə əmlakın və texnikanın nəqli barədə razılıq keçən yay hökumətlərarası səviyyədə əldə olunub. Avqustun sonuna qədər Gürcüstandan texnika və əmlakla dolu daha üç eşelon çıxarılmalıdır. Avqustun sonuna qədər Gürcüstandan çıxarılması planlaşdırılan 14 eşelon əksəriyyəti əsasən cümə axşamları olmaqla Rusiyaya göndəriləcək. Beş eşelon Ermənistanın Gümri şəhərində yerləşən 102-ci rus hərbi bazaya göndəriləcək. Dörd həftə bundan əvvəl Rusiya Axalkalakidə yerləşən 62-ci hərbi bazasını boşaldıb. RF-nin Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya və Gürcüstan arasında əldə olunmuş razılığa əsasən, 2008-ci il ərzində Batumidə yerləşən ikinci və sonuncu, 12-ci rus hərbi bazası bağlanmaladır.

İyul ayında Rusiya hökuməti Azərbaycandan silah-sursat eşelonlarının və hərbi texnikanın

Gürcüstandan Rusiya ərazisinə dəmir yolu ilə daşınmasına kömək etmək xahişi ilə müraciət edib. Hazırda dövlətlərarası səviyyədə iki əlavə eşelonla bağlı danışıqlar aparılır. Azərbaycanın Gürcüstandakı səfirliyindən verilən məlumatda belə deyilir.

Xəbər lenti

Xəbər lenti