...

İsrail MDB ölkələri ilə visa sistemini sadələşdirir

Siyasət Materials 19 İyul 2007 16:52 (UTC +04:00)
İsrail MDB ölkələri ilə visa sistemini sadələşdirir

İsrail, Yerusəlim/ Trend müxbir Y.Mişiyev/ İsrailin Daxili Işlər və Turizm Nazirliyi MDB ölkələri ilə viza rejimini sadələşdirmək barədə qərar qəbul edib - indi vizanı 48 saat müddətində rəsmiləşdirmək mümkün olacaq.

Bu dəyişikliklərdən yalnız turistlər deyil, xeyli dərəcədə Israil özü də qazanır. Əvvəlcə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və digər keçmiş SSRİ ölkələrindən Qara dəniz sahillərinə gələn 4 mln. turistdən yalnız 200 mini İsrailə səfər edirdi. Türkiyə, Misir, Kipr və İordaniyaya gələn turistlərin çoxu bir neçə kilometr məsafədə olan İsrailə səfər etməyin və müqəddəs torpaqda olmağın əleyhinə deyillər. Onların qarşısını yalnız uzun və əziyyətli viza rəsmiləşdirməsi prosesi alırdı.

Hazırda isə qısamüddətli vizalar elə sərhəddə verildiyinə görə, turistlər diplomatik nümayəndəliklər vasitəsilə rəsmiləşdirmə prosesindən yaxa qurtarmış olacaqlar və İsrailə səfər edənlərin sayı artacaq. Bu, indidən öz nəticələrini verib. Belə ki, 2007-ci ilin əvvəlindən İsrailə MDB ölkələrindən 25 min nəfər turist səfər edib.

Artıq İsrailin turizm agentliklərinin Kipr, Yunanıstan və Türkiyənin turizm büroları ilə əlaqə saxlaması və burda MDB ölkələrindən olan turistlərə İsrailə səfərlər təklif etməsi üçün layihə hazırlanıb. Xüsusi ikigünlük və birgünlük vizalar turistlərə Tabedə (Misirlə həmsərhəd), yaxud "Ben-Qurion" aeroportunda veriləcək.

Xəbər lenti

Xəbər lenti