...

Türkiyədəki parlament seçkilərinin nəticələri ölkədə dini faktorun güclü olduğunu sübut etdi

Siyasət Materials 24 İyul 2007 12:41 (UTC +04:00)
Türkiyədəki parlament seçkilərinin nəticələri ölkədə dini faktorun güclü olduğunu sübut etdi

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Türkiyədə keçirilən parlament seçkilərində Ədalət və İnkişaf Partiyasının (AKP) böyük üstünlüklə qələbə çalması həmin ölkədə dini faktorun kifayət qədər güclü olduğunu sübut etdi. Bu barədə çərşənbə axşamı Trend ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov məlumat verib. Onun sözlərinə görə, seçki kampaniyasının gedişi AKP-nin böyük üstünlüklə qalib çıxacağını göstərirdi və onların qələbəsi gözlənilən idi.

Məmmədov seçkilərin nəticələrinin Azərbaycan-Türkiyə münasibətlərinə elə bir təsirinin olmadığını deyib və hesab edib ki, iki ölkə arasında strateji müttəfiqlik münasibətləri olduğundan bu əməkdaşlıq getdikcə inkişaf edəcək. "Türkiyədə yeni hökumətin qurulmasının Azərbaycandakı dini faktora təsiri gözlənilən deyil. Ancaq təəssüf ki, Azərbaycanda din adı altında başqa ölkələrlə bağlı olan cərəyanlar dirçəlməkdədir. Dinin siyasətdən ayrı olması istənilən dövlət üçün daha yaxşıdır" - deyə Məmmədov əlavə edib.

Türkiyədə iyulun 22-də keçirilən 23-cü çağırış parlament seçkilərində üç partiya qalib çıxdı. Ən çox səs toplayan AKP parlamentdə 340, Cümhuriyyət Xalq Partiyası (CXP) 112, Millətçi Hərəkat Partiyası (MHP) isə 71 deputatla təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti