...

ATƏT-in Bakı ofisi Azərbaycandakı prezident seçkiləri ilə bağlı layihə gerçəkləşdirmək niyyətindədir

Siyasət Materials 3 Avqust 2007 10:56 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova/ ATƏT-in Bakı ofisi Azərbaycandakı prezident seçkiləri ilə bağlı layihə gerçəkləşdirməyi planlaşdırır. Bu barədə ATƏT-in Bakı ofisi rəhbərinin müavini Robin Sivord məlumat verib.

Onun sözlərinə görə, layihə özündə meriyanın fəaliyyəti, idarəetmənin təkmilləşdirilməsi, 2003-cu il prezident seçkilərindən sonra edilən tövsiyələrin icrası, namizədlərin qeydiyyatı kimi aktual məsələləri əks etdirəcək.

O həmçinin qeyd edib ki, çox şey layihə üçün ayrılan resurslardan asılı olacaq.

Sivord bildirib ki, yaxın vaxtlarda Azərbaycanda ATƏT-in bir neçə regional ofisi açılacaq.

"Lənkəranda qadın mərkəzinin, bir sıra bölgələrdə antikorrupsiya mərkəzlərinin açılacağı gözlənilir" - deyə o vurğulayıb.

Sivordun sözlərinə görə, təşkilat Azərbaycan iqtisadiyyatının təkcə karbohidrogen ehtiyatlara əsaslanmasını istəmir, digər sahələri də inkişaf etdirmək lazımdır.

Xəbər lenti

Xəbər lenti