...

Qazaxıstan XİN rəhbəri: Astana Azərbaycanı Qafqaz regionunda əsas dövləti kimi nəzərdən keçirir

Siyasət Materials 6 Avqust 2007 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov, A.Qasımova/ Qazaxıstan xarici işlər naziri Marat Tajinlə Azərbaycan prezidentinin bu ölkəyə səfəri öncəsi Trend in eksklüziv müsahibəsi

- Siz Qazaxıstan və Azərbaycan arasında əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Sizcə bu əməkdaşlığın perspektivləri necədir?

- İlk növbədə qeyd etmək istərdim ki, Qazaxıstan Azərbaycanı Qafqaz regionunda əsas dövlət, neft qaz, nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlıq məsələlərində, həmçinin Xəzər regionunda təhlükəsizliyin təmin olunması və yeni hədələrə qarşı mübarizə məsələlərində perspektiv tərəfdaş kimi qiymətləndirir. Bu il bizim qardaş ölkələrimiz arasında diplomatik əlaqələrin yaranmasının 15 ili tamam olur (27 avqust - Trend in xatırlatması).

Hazırda biz Qazaxıstan və Azərbaycan arasında siayasi dialoqun dərinləşməsi, ticari-iqtisadi əməkdaşlığın genişlənməsi və bizim qarşılıqlı fəaliyyətiminiz yeni səviyyəyə çıxmasına xidmət edən əlaqələrin fəallaşmasını və əlaqələrin yeksək səviyyədə intensivləşməsini müşahidə edirik.

2006-cı ilin iyun ayında Azərbaycan prezidenti Ilham Əliyev Astanada ikinci AQFEMB Sammitində iştirak edib. Səfər çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın perspektiv sahəsi hesab olunan neft qaz sahəsində Qazaxıstan neftinin Xəzər dənizi və Azərbaycan ərazisindən Bakı-Tiflis-Ceyhan sistemi vasitəsilə dünaya bazarlarına nəql olunması barədə razılaşma imzalanıb.

Bu ilin aprel ayınada Qazaxıstan baş naziri Karim Masimov Bakıya səfər edib. Bu səfər Qazaxıstan və Azərnbayacan arasında ticari-iqtisadi əməkdaşlıqda yeni hesab nöqtəsi oldu ki, bu da qarşılıqlı maraq kəsb edən əsas istiqamətləri müəyyən etməyə imkan verdi.

Səfər zamanı Azərbaycanın baş naziri ilə TRACECA nəqliyyat dəhlizinin istifadə olunması, Qazaxıstanın Bakı-Tiflis-Ceyhan nehft kəmərinə qoşulması və bizim ölkələrimiz arasınada dəniz nəqliyyatı əlaqələri müzakirə olunub. Bakıda Qazaxıstan tərəfdən "Ərzaq müqavilə korporasiyası" SC-nin operator olduğu taxıl terminalının açılışı oldu. Bakıda keçirilən danışıqlar zamanı həmçinin xüsusilə energetika, nəqliyyat-tranzit, turizm, kənd təsərrüfatı sahələrində ikitərəfli əlaqələrdə aktual məsələlər müzakirə olunub.

Bizim ölkələrimizin mövqeyi regional və beynəlxalq səviyyədə aktual olan bir çox məsələlərdə üst-üstə düşür. Beynəlxalq və regional təşkilatlarda uğurlu siyasi əməkdaşlıq həyata keçirilir. Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması məsələsində iki ölkənin qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi və inkişafı əhəmiyyətli məslələrdən biridir.

Qazaxıstan və Azərbaycan arasında ikitərəfli əməkdaşlıqda daha optimal məqsədlərlə yanaşı konkret ticari-iqtisadi layihələrin hazırlanması və həyata keçirilməsi, tranzit sahəsində birgə fəaliyyətdə daha səmərəli yolların tapılması da əhəmiyyətlidir.

Xüsusilə qeyd etmək istərdim ki, ticari-iqtisadi əməkdaşlığın dinamik inkişafının əsasını etibarlı siyasi dialoq təşkil edir. Bütün bu müsbət meyllər həmçinin bu ilin fevralında mənim həmkarım, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Qazaxıstana səfəri zamanı da möhkəmləndirilib. Mən əminəm ki prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfəri ikitərəfli əməkdaşlığa müsbət impuls verəcək.

- Azərbaycan prezidentinin Qazaxıstana rəsmi səfəri zamanı hansı məsələlərə birinci növbədə baxılacaq?

- Biz bu səfərə çox əhəmiyyət veririk. Dövlət başçılarımızın ikitərəfli əməkdaşlığın geniş dairəsini və çoxtərəfli formatda qarşılıqlı fəaliyyət məsələrini müzakirə edəcəkləri planlaşdırılır. Hazirda hər iki tərəfdə bir sıra ikitərəfli sənədlər nəzərdən keçirilir, buna görə də biz ümid edirik ki, onları səfər zamanı imzalanmaları üçün hazırlaya biləcəyik. Əminəm ki, qarşıdakı görüş və Astanada aparılacaq danışıqlar bizim əməkdaşlığımızın genişlənməsinə, daha öncə əldə olunmuş razılaşamaların möhkəmlənməsinə, beynəlxalq və regional siyasət məsələləri üzrə bir növ "mövqelərin tutuşdurulmasına" yardım edəcək. Yuxarıda qeyd etdiyim kimi, rəsmi səviyyədə əlaqələrin intensivliyi yüksək səviyyədə keçirilən görüşlərin məhsuldarlığı üçün əlverişli şərait yaradır.

- Azərbaycan və Qazaxıstan neftin Bakı-Tiflis-Ceyhan boru kəməri ilə birgə nəqli barədə hökumətlərarası razılaşma imzalayıblar. Qazaxıstanın öz neftinin dünya bazarlarına Azərbaycan ərazisindən ixracı istiqamətində əməkdaşlığın gələcək inkişafı üzrə gözləntiləri necədir?

- Qazaxıstan neftin Azərbaycan ərazisindən Bakı-Tiflis-Ceyhan boru kəməri ilə nəqli barədə razılaşma 16 iyun 2006-cı ildə ölkələrimizin prezidentləri tərəfindən imzalanıb və prioritetlərin həyata keçirilməsinin əyani sübutudur.

Yeni nəql sisteminin yaradılması yüngül Kaşaqan neftinin keyfiyyətinin saxlanılması ilə nəql olunmasını təmin edəcək. Transxəzər nəql sistemi daha sonra 38 mln. tona qədər artırılmaq şərti ilə ildə ilkin mərhələdə 5 mln. ton neftin nəql olunmasını təmin edəcək.

Qeyd etmək lazımdır ki, hazırda "Kaşaqan" və "Tengiz" yataqlarınadan neftin nəqlini təmin edəcək Qazaxıstan Xəzər Nəql Sisteminin yaradılması üzərində iş aparılır. Qazaxıstan Xəzər Nəql Sistemi (QXNS) gələcəkdə 38-60 mln tona qədər artırılmaqla ilkin mərhələdə ildə 25 mln. ton neftin Xəzər dənizindən Şərq-Qərb dəhlizi ilə Aktau-Bakı-Tiflis-Ceyhan marşrutu üzrə nəqlini təmin edəcək.

- Qazaxıstan Bakı-Tiflis-Qars maurşrutu üzrə dəmir yol nəqliyyatı əlaqəsinin yaradılması üzrə layihədə investor kimi iştirak imkanını nəzərdən keçirirmi? Qazaxıstan yüklərinin bu marşrut üzrə nəqlində Sizin gözləntiləriniz necədir?

- Nəqliyyat sahəsində iki ölkənin "Avropa-Qafqaz-Asiya" (TRACECA) beynəlxalq nəqliyyat dəhlizi layihəsində iştirakı prioritet istiqamətdir. Bununla əlaqədar alternativ və perspektiv əməkdaşlıq istiqaməti Bakı-Tiflis-Qars yeni dəmir yolu layihəsidir. Qazaxıstan eyni zamanda bu layihənin texniki tərəfini öyrənməklə, bu dəmiryolu xəttinin tikintisi üzrə layihənin hazırlanmasını diqqətlə izləyir. Biz öz infrastrukturumuzun inkişafı, xüsusilə Aktau limanın imkanlarının genişləndirilməsi, avtomobil və dəmir yollarının tikintisini həyata keçiririk. Bu məzmunda Qazaxıstan ərazisindən Beyneu-Jezkazqan dəmiryolu xəttinin tikintisi Qafqaz və daha sonra Avropa istiqamətlərində Qazaxıstan və Çindən yükdaşımaların artmasını təmin edəcək.

- Siz Qazaxıstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Siz iki ölkənin əməkdaşlıq nöqteyi nəzərindən qeyri neft sahəsində prioritet istiqamətləri qeyd edə bilərsiz? Fikrinizcə Böyük İpək Yolu layihəsinin perspektivləri necədir?

- İki ölkə arasında iqtisadi əlaqələr son illər ərzində dinamik və ən əsası güclü inkişaf edir.

2006-cı ildə Azərbaycan və Qazaxıstan arasında əmtəə dövriyyəsi əvvəlki illə müqayisədə təqribən 65 faiz artıb və 233 mln. dollardan çox təşkil edib. Eyni zamanda qeyd etmək istərdim ki, ticari-iqtisadi sahədə hələ bütün imkanlar cəlb olunmayıb. Azərbaycanla mal ticarətinin artırılması, istehsalçılar arasınada təsərrüfat əlaqələrinin genişləndirilməsində böyük potensial görürük. Bu məsələlər bizim dialoqumuzun, həmçinin hökumətlərarası komissiyanın gündəliyində duran məsələdir.

Qeyri neft sahəsində Azərbaycanla prioritet əməkdaşlıq istiqamətlərini kənd təsərrüfatı, tikinti sənayesi, qida və içki məhsullarının istehsalı və satışı, mühəndis avadanlığı, xidmət sahəsi təşkil edir.

Perspektiv layihələr sırasında Xəzərin dibi ilə çəkiləcək Aktau-Bakı optik-lifli kabel xəttinin çəkilməsini göstərmək olar. Bu xətt Qazaxıstanın Avropa telekommunikasiya məkanına, eyni zamanda Avropa və Qafqaz ölkələrinin Çin və ASR (Asiya - Sakit okean regionu) ölkələrinə çıxışını asanlaşdıracaq.

Böyük perspektivli sahələrdən biri kənd təsərrüfatı sahəsidir, xüsusilə Qazaxıstandan taxıl tədarükü sahəsi. Bu planların həyata keçirilməslinə Bakıda taxıl terminalının tikintisin başa çatması yardım edir. İllik gücü 500 min ton taxılı qəbul etməyə imkan verən terminal Azərbayacanın ehtiyacının ödənilməsi ilə yanaşı Qazaxıstan taxılının Qafqaz və Qara dəniz ölkələrinə yenidən ixracına imkan verəcək.

Biz Qazaxıstanın Qərb regionları ilə Azərbayacan arasında əlaqələrin möhhkəmləndirilməsinə hazırıq. Manqistau vilayətinin akimi K. Kuşerbayev 17 aprel 2007-ci ildə Bakıya səfərində azərbaycanlı həmkarları ilə regionlararası əlaqələrin inkişafı məsələlərini müzakirə edib.

Digər bir perspektiv sahə Azərbaycandan və Qazaxıstanın qərb vilayətlərindən meyvə-tərəvəz, giləmeyvə və baxçılıq məhsullarının tədarükünü təşkil etməklə sərhədyanı ticarətin təşkil olunmasıdır.

Mədəni-humanitar sahədə, xüsusilə kinematoqrafiya, müxtəlif bədii müsabiqə və festivallarada birgə iştirakda irəliləyiş müşahidə olunur.Bizim xalqlarımız arasınada mənəvi qarşılıqlı əlaqələr də əhəmiyyətli məsələdir. Qafqaz müsəlmanları idarəsinin sədri Allahşükür Paşazadənin dəvəti ilə Qazaxıstanın müsəlmanları dini idarəsinin sədri Absattar hacı Derbisali Bakıda səfərdə olub. Öz növbəsində bir müddət öncə Astanada gənc azərbaycanlı alim-şərqşünas E.Quliyevin Quranın tərcüməsi və şərhləri təqdim olunub. Qədim-tarixi "Böyük İpək Yolu"nun dirçəldilməsi layihəsi ilə bağlı bildirmək istərdim ki, biz bu layihənin inkişafına böyük əhəmiyyət veririk. Buna görə də, bu sahədə ölkələrimiz arasında BMT və YUNESKO beynəlxalq layihələri çərivəsində əməkdaşlıq həyata keçirilir. 2006-cı ildə Qazaxıstan "İpək Yolu"nun YUNESKO ümumdünya mədəni irs siyahısına daxil edilməsi ilə bağlı məsləhətləşmələrdə iştirak edib. Böyük İpək yolu ikitərəfli hərəkət yolu olmaqla regionun iqtisadi inkişafında əhəmiyyətli rol oynamış, dünaya sivilizasiyası və mədəniyyətini birləşdirən unikal bir hadisədir. Biz bütün səylərimizi ona yönəltməliyik ki, gələcəkdə İpək yolunu bizi tarixlə bağlayan, dünayanın bütün regionları ilə əlaqələndirən müassir kommunikasiya şəbəkəsinə çevirək.

- Məlumdur ki, Qazaxıstan və Azərbaycan Xəzər dənizinin dibinin bölünməsi barədə razılığa gəliblər. Ölkələr Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması ilə bağlı oxşar mövqeyə malikdirlər. Bununla bağlı bilmək istərdik ki, bir müddət öncə Xəzərsahili dövlətlərin xarici işlər nazirlərinin görüşü necə keçib? Danışıqlar prosesində müsbət irəliləyiş nəzərə çarpırmı? Tərəflər artıq hansı nəticələrə nail olublar?

- Hərşeydən öncə qeyd etmək istərdim ki, Xəzərsahili dövlətlərin xarici işlər nazirlərinin görüşü ənənəvidir. Bu tədbirin bir neçə məqsədi var idi.

Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması ilə bağlı danışıqlar prosesi yerində durmur.

Xəzərin gələcək hüquqi rejimi ilə bağlı sahilyanı dövlətlər bütün istiqamətlər və elementlər üzrə həm çoxtərəfli, həm də iki və üçtərəfli formatda danışıqlar aparırılar. Danışıqlar başlayanada bəri az iş görülməyib. Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanması üçün xarici işlər nazirləri müavinləri arasınada xüsusi işçi qrupu yaradılıb. Xəzərin şimal hissəsinin bölünməsi barədə Rusiya, Qazaxıstan və Azərbayacan arasınada razılaşmalar imzalanıb və qüvvəyə minib.

Bunu qeyd etmək fərəhvericidir ki, Xəzər dənizinin ətraf mühütünün qorunması üzrə 2003

-cü ildə Tehranda imzalanmış Konvensiya - ilk beştərəfli sənəd qüvvəyə minib. Sahilyanı ölkələrin Xəzərin ekoloji təhlükəsizliyinin təmin olunması, onun nadir ekosisteminin gələcək nəsillər üçün saxlanılmasında olan cəhdləri artıq öz bəhrəsini verməkdədir. Bu ilin 23-25 mayında Bakıda Konvensiya iştirakçılarının birinci konfransı baş tutub. Görüş çərçivəsində dənizin qısa müddətdə öz həllini tələb edən müasir ekeoloji problemlərlə mübarizədə xəzərsahili dövlətlərin birgə əməkdaşlığını və fəaliyyətini tələb edən bir sıra aktual məsələlər müzakirə olunub.

Amma hazırda da tərəflərin qarşılıqlı razılığa gələ bilmədikləri bir sıra məsələlər qalmaqdadır. Siyasi iradəvi qərarların qəbulunu tələb edən bu məsələlərin həlli üçün Xarici işlər nazirlərinin görüşü keçirilir, saha sonra isə Dövlət başçılarının sammiti.

Sahilyanı ölkələrin nümayəndələri xüsusi işçi qrupu çərçivəsində Bəyannamə hazırlayıblar ki, bu da daha sonra gələcəkdə prezidentlər tərəfindən imzalanmaq üçün xarici siyasət idarələri rəhbərlərinə təqdim olunub.

Nazirlər səviyyəsində keçirilən görüşdə biz Bəyannamə layihəsini, həmçinin onun tərəflər arasında fikirayrılığı yaradan ayrı-ayrı bəndlərini tam razılaşdırmağa nail olduq. Baş tutan danışıqlar göstərdi ki, regionda yaranan geosiyasi vəziyyət, dünya ictimaiyyətinin Xəzərin zəngin karbohidrogen və balıq ehtiyatlarına olan marağı, sahilyanı dövlətlərin öz milli maraqlarından çıxış edərək Xəzərdə fəaliyyət göstərmək istəkləri tərəfləri kompromis axtarmağa və aktual məsələləri həll etməyə hərəkət etdirir.

Ona görə də, bəzi dövlətlərinin mövqeyinin dəyişilməz qaldığını və qeyri konstruktiv olduğunu söyləmək olmaz.

Bəyannamənin imzalnmaq üçün hazır olduğunu nəzərə alan tərəflər yaxın zamanlarda dövlət başçılarının sammitinin keçirilməsi barədə razılığa gəliblər. Hazırda XİN-lər arasında Sammitin gündəliyinin müəyyən olunması və keçirilməsi üçün təklif olunan müddət barədə iş aparılır.

Ümümilikdə optimist şəkildə söyləmək olar ki, "Xəzər beşliyinin" ümumi yönü: konstruktivlik, yaxınlaşmaya hazırlıq, regionda inteqrasiya proseslərinin fəallaşması, dövlət və hökumət başçıları səviyyəsində qarşılıqlı əlaqələr Xəzərin hüquqi statusu ilə bağlı məsələnin qısa zamanda həll olunmasına ümid verir.

Xəbər lenti

Xəbər lenti