...

Gürcüstanlı ekspert: Rusiya ilə şimal sərhədini zenit əleyhinə qurğularla möhkəmləndirmək lazımdır

Siyasət Materials 7 Avqust 2007 17:55 (UTC +04:00)
Gürcüstanlı ekspert: Rusiya ilə şimal sərhədini zenit əleyhinə qurğularla möhkəmləndirmək lazımdır

Gürcüstan, Tiflis / Trend müxbir N. Kirtsxalia/ Gürcüstanın hərbi eksperti İrakli Aladaşvili hesab edir ki, ölkənin şimal sərhədlərinin müdafiəsinin möhkəmləndirilməsinə ehtiyac var.

"Gürcüstan hakimiyyət orqanları Rusiya ilə şimal sərhədində təcili olaraq zenit və raket əleyhinə müdafiə sistemi quraşdırmalıdırlar" - deyə ekspert Trend ə müsahibəsində bildirib.

Gürcüstan Daxili İşlər Nazirliyi bu gün bəyan edib ki, iki rus hərbi təyyarəsi bazər ertəsi Gürcüstanın hava sərhədinə daxil olub. Təyyarələrdən biri ölkənin ərazisinə 700 kiloqramlıq bomba atıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şota Utiaşvilinin sözlərinə görə, insident dünən axşam Tiflisdən 65 km şimal-qərbdə, Sitelubani kəndinin ərazisində baş verib, "Reuters"in məlumatında belə deyilir. Bu məskunlaşmış məntəqə Cənubi Asetiya ilə inzibati sərhədin yaxınlığında yerləşir.

Bu arada Rusiyanın Hərbi-Hava Qüvvələrinin baş qərargahında rus təyyarələrinin Tiflisin yaxınlığına bomba atması ilə bağlı məlumatı təkzib ediblər. "Bütün bazar ertəsi ərzində rus təyyarələri bu rayonda heç bir uçuş həyata keçirməyib, suveren Gürcüstanın sərhədlərini pozmayıblar" - deyə RF-nin Hərbi-Hava Qüvvələrinin baş qərargah köməkçisi Aleksandr Drobışevski "İnterfaks AVN"ə müsahibəsində bildirib.

Aladaşvilinin sözlərinə görə, Gürcüstan tərəfi bu gün sərhədin bu məntəqəsində malik olduğu vasitələrlə hava sərhədini pozan təyyarələrin uçuşlarına nəzarət etmək iqtidarında deyil. O qeyd edib ki, müasir reaktiv uçuş appartları 800 km/saat sürətə malikdir ki, bu da gürcü tərəfinə vaxtında reaksiya verməyə imkan vermir.

Aladaşvili gələcəkdə belə hücumlardan qorunmaq məqsədilə Rusiya ilə şimal sərhədində zenit və raket qurğuları quraşdrmağı məsləhət görür. O hesab edir ki, məhz şimal tərəfindən hava hücumları təhlükəsi mövcuddur, belə ki, ötən il Rusiya həyasızcasına Gürcüstan ərazisini bombalamışdı.

Bununla yanaşı ekspert güman edir ki, ola bilsin ki, bu səhv ucbatından baş verib və təyyarə təsadüfən Gürcüstanın hava məkanına daxil olub, belə ki, Gürcüstan ərazisi yaxınlığında RF-in Hərbi-Hava Qüvvələrinin təlimi keçirilir.

Xəbər lenti

Xəbər lenti