...

Azərbaycan bölgələrində fəaliyyət göstərən QHT-lərə təlim keçirilib

Siyasət Materials 16 Avqust 2007 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Aran Humanitar Regional İnkişaf" İctimai Birliyi avqustun 14-16-da Azərbaycanın mərkəzi regionlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları üçün "Layihə dövrünün idarə edilməsi" mövzusunda təlim təşkil edib. Bərdə şəhərində keçirilən təlimdə ölkənin altı rayonundan 20 QHT nümayəndəsi iştirak edib.

Vətəndaş Cəmiyyəti Layihəsi çərçivəsində təşkil olunan üçgünlük təlimin məqsədi regionda fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının nümayəndələrinin layihə dövrünün idarə olunması barədə bilik və bacarıqlarını artırmaq olub.

Təlimin nəticəsi olaraq mərkəzi regionda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının bundan sonra hədəf qrupunun real ehtiyaclarına yönəlmiş və düzgün planlaşdırılmış layihə təklifləri hazırlamaları gözlənilir.

Xəbər lenti

Xəbər lenti