...

Bakıda 16 mərtəbəli binanın uçması nəticəsində həlak olanların sayı 11 nəfərə çatdı

Siyasət Materials 30 Avqust 2007 11:32 (UTC +04:00)
Bakıda 16 mərtəbəli binanın uçması nəticəsində həlak olanların sayı 11 nəfərə çatdı

Azərbaycan, Bakı / Trend , müx. İ.Əlizadə/ Çərşənbə axşamı axşam saatlarında Bakıda uçan 16 mərtəbəli binanın qalıqları altından daha iki nəfərin cəsədi çıxarılıb. Bu barədə hadisə yerindən Trend in əməkdaşı məlumat verib. Onların kimliyi müəyyənləşdirilir.

Dünən gecə binanın qalıqları altından yaşlı qadın və uşağın cəsədi çıxarılıb. Onların cəsədləri təcili yardım maşını ilə morqa göndərilib.

Son məlumatlara görə, qalıqlar altından çıxarılan həlak olmuş insanların sayı 11-ə çatıb.

İlkin versiyalara əsasən, saat 17.00-də Bakıda Naxçıvani və Muxtarov küçələrinin kəsişməsindəki binanın uçmasının səbəbləri tikinti zamanı təhlükəsizlik qaydalarının kobud pozulması olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının mülki müdafiə idarəsinin rəisi Kamil Bağırov məlumat verib.

FHN əvvəllər "Mütəfəkkir" şirkətinə tikintidə qaydaların pozulması barədə xəbərdarlıq edib. Bağırovun sözlərinə görə, şirkətin bu səhvləri aradan qaldırıb-qaldırmadığı ilə bağlı istintaq aparılır.

Xilasedici işlər davam etdirilir. Fakt üzrə Bakı prokurorluğunda Cinayət Məcəlləsinin 222.2 (tikinti, mədən işləri və digər işlərin aparılmasının təhlükəsizlik qaydalarının pozulması zərərçəkmişin ölümünə, yaxud da digər ağır nəticələrə səbəb olduqda) və 222.1 (Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarının pozulması) maddələri əsasında cinayət işi qaldırılıb.

Trend ə Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, tikintini aparan "Mütəfəkkir" şirkətinin rəhbəri Əli Muradov və şirkətin digər məsul əməkdaşı Əsgər Əliyev həbs olunublar.

Xəbər lenti

Xəbər lenti