...

İcraçı katib: "MDB ölkələrinin miqrasiya siyasəti ilə bağlı Bəyannamə hazırlanır" (video)

Siyasət Materials 6 Sentyabr 2007 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Cümə axşamı Bakıda MDB-nin icraçı katibi Vladimir Ruşaylonun verdiyi məlumata görə, MDB ölkələri ərazisində terrorizmlə mübarizə məsələsi aktual olaraq qalmaqdadır.

Milli təhlükəsizliyin yüksək səviyyəsinə baxmayaraq, terrorizmlə mübarizə aktual olaraq qalmaqdadır" - deyə Ruşaylo Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin daxili işlər nazirlərinin şurasının iclasının açılış mərasimində bildirib.

O qeyd edib ki, MDB ölkələrinin dövlət başçılarının Düşənbədə keçiriləcək növbəti sammitində terrorizmlə mübarizə, milli təhlükəsizliyin dəstəklənməsi məsələləri müzakirə olunacaq. Ruşaylo həmçinin bildirib ki, iyunun 10-da baş tutan ötən iclasda MDB ölkələrinin miqrasiya siyasətinin qəbul olunması məsələsi razılaşdırılıb. "Hazırda işçi qrup Bəyannamə layihəsi üzərində işləyir" - deyə MDB-nin icraçı katibi bildirib.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya,Tacikistan, Türkmənistan, Özbəkistan, Ukraynanın daxili işlər nazirləri, həmçinin MDB-nin iştirakçı dövlətlərinin daxili işlər nazirləri şurasının və Antiterror Mərkəzinin nümayəndələri iştirak edirlər.

MDB dövlətlərinin daxili işlər nazirlərinin şurası birliyin daxili işlər orqanlarının qanunsuz miqrasiya ilə mübarizə sahəsində gördüyü işlərin vəziyəti məsələsini müzakir edəcək və bu sahədə daxili işlər orqanları arasında əməkdaşlığın səmərəliliyini artırmaq istiqamətində atılacaq konkret addımları müəyyənləşdirəcək.

Xəbər lenti

Xəbər lenti