...

Korrupsiyaya qarşı Mübarizə İdarəsində 11 cinayət işinin istintaqı aparılır

Siyasət Materials 11 Sentyabr 2007 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində 11 cinayət işinin istintaqı aparılır. İdarədən Trend ə bildirilib ki, istintaqı aparılan cinayət işləri rüşvətalma, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, özgə əmlakını talama faktları ilə əlaqədar açılıb.

Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 2005-2006-cı illərdə və cari ilin korrupsiya faktları üzrə 157 nəfər müxtəlif vəzifəli şəxs barəsində 72 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

İdarədən bildirilib ki, məhkəmələrə göndərilmiş və mahiyyəti üzrə baxılmış bütün işlərə dair ittiham hökmləri çıxarılıb, təqsirləndirilən şəxslərdən bəraət alanı, habelə məhkəmələr tərəfindən cinayət işlərinin prokurora qaytarılma halları olmayıb.

Korrupsiya cinayətlərindən əldə olunan qanunsuz gəlirlərin müəyyən edilib geri qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi istiqamətində idarə tərəfindən bir sıra tədbirlər həyata keçirilib, korrupsiya hallarının törədilməsinə şərait yaradan səbəblərin aradan qaldırılması, qanun pozuntularına yol vermiş vəzifəli şəxslər barəsində intizam tənbehlərinin tətbiq edilməsi, belə pozuntulara gələcəkdə yol verilməməsi üçün müvafiq təşkilati tədbirlərin görülməsi məqsədilə istintaqı başa çatdırılmış işlər üzrə aidiyyatı dövlət orqanlarına təqdimatlar verilib.

Prezidentin 28 iyul 2007-ci il tarixli sərəncamı ilə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti