...

Qrossmeyster Teymur Rəcəbov: "FİDE sistemi dəyişməlidir"

Cəmiyyət Materials 13 Sentyabr 2007 12:59 (UTC +04:00)
Qrossmeyster Teymur Rəcəbov: "FİDE sistemi dəyişməlidir"

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ FİDE-nin dünya birinciliyinin keçirilməsi baxımından bütün sistemi düzgün deyil. Bu barədə Trend ə Azərbaycan qrossmeysteri Teymur Rəcəbov şahmat tacı uğrunda mübarizə barədə fikir bildirərkən qeyd edib.

Onun fikrincə, namizədlərin turniri öz aralarında oynaya biləcək 20-30 şahmatçının iştirakı ilə keçirilməlidir.

"Namizədlərin Elistdə bu yaxınlarda keçirilən yarışmasına diqqət yetirin, burada, yəni Meksiksada keçirilən dünya çempionatında FİDE-nin reytinqinə malik dörd ən güclü şahmatçı da yer almışdı. Eyni sistem dünya Kubokunda da tətbiq olunmalıdır, çünki yarışmada 128 şahmatçı iştirak edir və buraya məsələn, 5 malayziyalı və 8 vyetnamlı daxildir və bu auttsayderlər birinci mərhələdən irəli addımlamaq üçün heç bir şansa malik deyil. Onların yalnız təsadüf nəticəsində güclü iştirakçılardan birini məğlub etmək imkanı var" - deyəTeymur bildirib.

Xəbər lenti

Xəbər lenti