...

Filarmoniyanın direktoru Murad Adıgözəlzadə: "Norveç musiqiçilərinin konsertindən gözəl təəssüratlar gözləyirəm"

Cəmiyyət Materials 13 Sentyabr 2007 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Bu gün filarmoniyada azərbaycanlı və norveç musiqiçilərinin iştirakı ilə konsert təşkil olunacaq. Konsert Azərbaycandakı Norveç Krallığının səfirliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunub. Bu gecədə Norveç Opera Teatrının solistləri çıxış edəcəklər. Bu sırada Renqxild Heyland Sorensen, İtsar Qaldos Martines, Keyl Maqnus Sandve, Qovard Stensvold, dirijor Kel Seimin adını çəkmək olar. Konsertdə həmçinin Azərbaycan Simfonik Orkestri, orkestrin solistləri Əvəz Abdullayev, Aygün Zeynalova, Səbinə Əsədova çıxış edəcəklər. "Mən bu konsertdən yalnız müsbət təəssüratlar gözləyirəm" - deyən filarmoniyanın direktoru Murad Adıgözəlzadə "TrendLife"la öz fikirlərini bölüşdü.

Xəbər lenti

Xəbər lenti