...

FILA prezidenti Bakıda keçiriləcək güləş üzrə dünya çempionatında iştirak edəcək

Cəmiyyət Materials 14 Sentyabr 2007 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Beynəlxalq Güləş Federasiyasının (FILA) prezidenti Rafael Martinetti Bakıya səfərə gələcək.

Yüksək səviyyəli qonağın səfəri Bakıda keçiriləcək lisenziya xarakterli yunan-roma, sərbəst və qadın güləşi üzrə dünya çempionatı ilə əlaqədardır. Martinetti Azərbaycanın bu ciddi yarışa hazırlıq dərəcəsini qiymətləndirəcək, yarışın keçiriləcəyi Heydər Əliyev adına İdman-Konsert Kompleksinə baş çəkəcək, həmçinin Azərbaycanın Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin nümayəndələri və öz azərbaycanlı həmkarları ilə görüşəcək.

Səfər zamanı, həmçinin mundialda iştirak etmək üçün Azərbaycana gələcək erməni güləşçilərin təhlükəsizliyinin təmin olunması məsələsi müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti