...

FILA Avropa Komitəsinin vitse-prezidenti: " Bakıda keçirilən dünya çempionatının təşkilatçıları yüksək göstəriciyə malikdirlər".

Cəmiyyət Materials 18 Sentyabr 2007 16:59 (UTC +04:00)
FILA Avropa Komitəsinin vitse-prezidenti:  " Bakıda keçirilən dünya çempionatının təşkilatçıları yüksək göstəriciyə malikdirlər".

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Ölkə və iştirakçıların sayına görə rekord yığan yunan-roma, sərbəst və qadın güləşi üzrə dünya çempionatı davam edir. Artıq birinci medallar və lisenziyalar qazanılıb, qonaqların Bakıda keçirilən yarışın səviyyəsi və təşkilatçılığı ilə bağlı təəssüratları yaranıb. Beynəlxalq Federasiyanın Avropa Komitəsinin (FILA) vitse-prezidenti, Rusiya Güləş İdman Federasiyasının icraçı direktoru Georgi Bryusov yarışın ilk nəticəsi və rəqabətlə əlaqədar öz rəyini Trend ə eksklüziv müsahibəsində bildirib..

- Bu yaxınlarda Pekində keçirilən gənclərin dünya birinciliyində olarkən siz müsahibələrinizin birində qeyd etmişdiniz ki, bu yarış "Hədsiz qeyri-təşkilatçılıq" mühitində keçib. Bəs Bakıdakı dünya çempionatının təşkilatçılığını necə qiymətləndrirsiz?

- Bəli, mən bu barədə demişəm, lakin Çindəki startın təşkilatçıları kifayət qədər tez bir vaxta vəziyyəti dəyişdilər. Bu yaxşı göstəricidir, axı bu kimi yarışlar zamanı təcili qərar vermək və çatışmazlığı aradan qaldırmaq lazımdır. Bakıda keçirilən çempionat bütün göstəricilər - nümayəndə heyətlərinin qaldığı şərait, meydan, texniki təchizat və maliyyə vəziyyəti, daha doğrusu, mükafat fondu idmanın ən qabaqcıl dünya standartlarına uyğun təşkil olunub. Güləş son zamanlar idmanın ən dinamik inkişaf edən növü rütbəsinə iddia etməyə başlayıb. Odur ki, yarış təşkilatçıları yüksək göstəricini saxlayırlar və bütün yaranan suallar da buradaca öz həllini tapır. Belə desək, Federasiya prezidentindən könüllülərə qədər, hamı çempionatı maraqla həyata keçirir. Lakin nəzərə alsaq ki, Bakı, öz növbəsində, Avropa çempionatı və sərbəst güləş üzrə dünya komandalar kubokunu, həmçinin Qızıl Qran-Pri finalını qəbul edib, o zaman bu ilki mundialı bu zəncirin məntiqi davamı kimi göstərmək olar. Görünür, dövlətin özü yarışın ən yüksək dərəcədə keçirilməsində maraqlıdır. Əlbəttə ki, bu bizi çox sevindirir.

- Necə hesab edirsiniz, çempionatın lisenziya xarakterli olması idmançıların üzərinə nə dərəcədə əlavə psixoloji yük artırır, axı hər şeydən əvvəl, onlar 2008-ci il Oyunlarına düşmə məsələsini həll etməlidirlər?

- Yəqin, atletlər medallar uğrnda mübarizə aparan zaman lisenziya barədə daha çox fəallar danışır. Hər şeydən öncə, bu cür cavabdehlik xalça sahibləri üzərinə düşür, bəzən onlar bunun öhdsindən gələ bilmirlər. Lakin dünya çempionatı birinci növbədə onunla qiymətlidir ki, burada qalib müəyyən olunur, o zaman, Olimpiadaya qazanılan boş yerlər daha çox Milli Fedrasiyalara lazımdır.

- Sizcə, ümumi hesabda qələbə uğrunda əsas mübarizə hansı komandalar arasında olacaq?

- Dərhal istəyirəm Azərbaycan komandasını qeyd edim. Hansı ki, beynəlxalq meydanda çox stabil çıxış edir. Müsbət dinamika, dövlət dəstəyi, məşqçilərin peşəkarlığı, uşaqların qələbəyə hazırlığı, auditoriya marağı aydın görünür. Mən düşünürəm ki, bu özü bir uğurdur. Çempionatın səviyyəinə gəldikdə isə, o, nəzərə çarpacaq dərəcədə artıb və indi mövqe uğrunda, bir neçə komanda deyil, kifayət qədər geniş iddiaçı dairəsi mübarizə aparır.

Odur ki, qızıl medallar üzərində monopoliya keçmişdə qaldı və görünür, bununla əlaqədar olaraq, builki mübarizə və burada baş verən dəyişikliklər daha qiymətlidir.

- Bu yaxınlarda FILA-nın Konqresində Moskva dünya çempionatının keçirilməsinə dair ərizə təqdim etmişdi. Yarışı qəbul etmə şansınızın nə dərəcədə böyükdür?

- Biz dərhal 2010-2011-ci illərdə mundiala təşkilatçılıq etmək üçün rəsmi ərizə təqdim etdik. 2010-cu il Gənclər Olimpiadasının keçiriləcəyi məkan barədə dəqiq keçirilmə tarixi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarından asılıdır.

Əgər BOK Oyunların keçirilməsini Moskvaya həvalə etsə, onda biz, müvafiq olaraq 2011-ci il üçün akçent təqdim edəcəyik. Bundan əlavə bu olimpiyaqabağı çempionat olacaq. Prinsip etibarı ilə FILA qaydalarına görə, dərhal iki il üçün ərizə vermək qadağandır. Lakin onun prezidenti Rafael Martinetti bizi əmin edib ki, BOK-un qərarına qədər hər iki ərizə qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti