...

Amerikalı musiqiçi Rene Kaufman Bakı Caz Mərkəzində konsert verəcək

Cəmiyyət Materials 24 Sentyabr 2007 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 senytabr /müx. TrendLife Eldar Hüseynzadə/

ABŞ-ın Azərbaycandakı səfirinin dəvəti ilə Bakıya amerikalı musiqiçi Rene Kaufman gələcək. Bu haqda TrendLife-a Caz Mərkəzin art-direktoru Emil İbrahim Məmmədov xəbər verib. Sentyabrın 26-da Rene Kaufman mətbuat-konfransında, axşam isə ABŞ səfirliyinin rezidensiyasında çıxış edəcək. Sentyabrın 27-də saat 21:00-da Caz mərkəzində musiqiçinin konserti olacaq. Onu da qeyd edək ki, Kaufmanı orkestr-insan adlandırmaq olar. O, həm oxuyur, eyni vaxtda da müxtəlif musiqi alətlərində ifa edir. Bir sözlə, tamaşaçıları darıxmağa qoymur.

Xəbər lenti

Xəbər lenti