Azərbaycan, Bakı 25 sentyabr /müx. "TrendLife" Əli Dərviş/ Qadın elə bir məxluqdur ki, ev xanımı, aktrisa, biznes qadını, kim olursa-olsun, həmişə yüz faiz gözəl görünməyə çalışır. Müğənni Nüşabə Ələsgərli bu barədə öz fikirlərini "Trendlife"a bildirdi: "Biz artistlər üçün parik, linza taxmaq, müxtəlif səhnə geyimləri geyinmək normal haldır. Çünki bunu sənət tələb edir. Bəzi ev xanımları da özlərini kumirlərinə bənzətmək istəyirlər. Bu da normaldır. Lakin kumirin arxasınca qaçış xəstəliyə çevriləndə, sizin vəziyyətiniz, əziz xanımlar, çox gərgin olur! Bahalı cərrahiyyə əməliyyatları çox gözəlin ömrünə son qoyub. Eyni "şişirdilmiş" dodaqlar, sinələr, yanaqlar çoxlarını qorxunc göstərir. Bu, onların həm ciblərinə, həm də sağlamlıqlarına ziyandır. Əgər siz həqiqətən də azərbaycanlısınızsa, demək ki, gözəlsiniz!"