...

Danımarkada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Cəmiyyət Materials 26 Sentyabr 2007 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Danimarkada yaşayan Azərbaycan diasporunun fəalları daha bir təşkilat yaradıblar. Bu barədə çərşənbə günü Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bu təşkilatda əsasən azərbaycanlı qadınlar toplaşıb. "Azərbaycan qadını Danimarkada" adlanan yeni quruma Fərqanə İsmayılova sədr seçilib.

Qurumun rəhbərliyi qeydiyyat üçün tələb olunan sənədləri artıq yerli strukturlara təqdim edib. "Azərbaycan qadını Danimarkada" təşkilatı Səfər Sadiqinin rəhbərlik etdiyi "Vətən" cəmiyyəti ilə sıx əlaqələr qurub və onlar bütün tədbirlərini birlikdə həyata keçirəcəklər.

Dünya Azərbaycanlıları Konqresinin (DAK) məlumatlarına əsasən, Danimarkada 60 min azərbaycanlı yaşayır.

Xəbər lenti

Xəbər lenti