...

"N-brothers" qrupu dağılmaq üzrədir?

Cəmiyyət Materials 26 Sentyabr 2007 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /müx. TrendLife Əli Dərviş/

"N-brothers" qrupu "Gözəl" mahnısına klip çəkdirdi. Qrupun rəhbəri Namik Qardaşın TrendLife-a verdiyi məlumata görə, "Üç qardaş eyni qıza vurulur və qısqanır. Hətta bu süjet reallıq müstəvisinə də keçir. Və beləliklə, gözəli heç cür aralarında bölə bilmirlər."

Qadın cazibədarlığı az qalmışdı qrupu darmadağın edə. Olanlara aydınlıq gətirmək üçün "N-brothers" qrupunun solisti Anar Cəfərov TrendLife-a bunları söylədi: "Kamera qarşısında ağız-burun əymək o qədər də asan olmadı. Amma deyəsən, pis alınmadı. Hər birimiz aktyorluq qabliyyətimizi göstərə bildik." Cavidan Novruzov: "Mən aktyorluq sənətini əsl teatr incəsənətinin ustalarından öyrənirəm. Məhz buna görə də kamera önündə oynamaq bir o qədər də çətin deyil. Düşünürəm ki, qızın ürəyini fəth etmək mənə nəsib oldu!" Həmkarlarından fərqli olaraq, Tural Abdullayev olanlara bu cür aydınlıq gətirdi: "Şəxsən mən, Cavidan Novruzovdan fərqli olaraq, qardaş məhəbbətini, hörmətini, heç vaxt hər hansı bir gözələ dəyişməzdim!"

Xəbər lenti

Xəbər lenti