...

Ahıllar günü filarmontyada qeyd olunacaq

Cəmiyyət Materials 1 Oktyabr 2007 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Oktyabrın 1-i bütün dünyada Ahıllar günü kimi qeyd olunur. Bu tədbir Bakıda BMT-nin dəstəyi ilə keçirilir. TrendLife-da olan məlumata görə, bu gün Qocalar Evində yaşayanlar üçün Dövlət Filarmoniyasında konsert keçiriləcək. Bu haqda TrendLife-a filarmoniyanın mətbuatxidmətindən xəbər verilib. Konsertdə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı çıxış edəcək. Proqramda Üzeyir Hacıbəyovun "Cəngi", Aqşin Əlizadənin "Bayram rəqsi" və s. rəqslər olacaq.

Xəbər lenti

Xəbər lenti