...

"Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidentinin vəkili ittihamların sübüta yetirilmədiyini bildirir

Cəmiyyət Materials 2 Oktyabr 2007 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Cavadova/ Çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı "Azpetrol" Şirkətlər Qrupunun prezidenti Rafiq Əlievin və təqsirləndirilən digər 17 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam edir.

Günün ikinci yarısında Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı - Rafiq Əliyevin vəkili Fuad Ağayev müdaftiə nitqini davam etdirib. Vəkil Azpetrol Şirkətlər Qrupunda və Prestij mağazalar şəbəkəsində vergidən yayınma epizodlarına toxunub. Qeyd edib ki, R.Əliyevə qarşı sürülmüş həmin ittihamlar da məhkəmə istintaqı zamanı sübüta yetirilməyib. Məhkəmə iclası Ağayevin çıxışı ilə davam edir.

Xəbər lenti

Xəbər lenti