...

Müğənni Ruhi gündəmdən çəkilmək istəyir

Cəmiyyət Materials 3 Oktyabr 2007 11:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Xanım müğənnilərimiz soyunur, təzə xəbər deyil. Aydın məsələdir ki, səsi olmayan ifaçı özünə reklam yolu axtarır. Müğənni Ruhi isə, soyunmaq sözünü eşidəndə daş-atıb, başını tutur. Bu haqda TrendLife-a danışanda da Ruhi, ağzından çıxan kəlmələrə diqqət yetirdi: "Soyunmağı gözəllik sayanlar yanılırlar. Həmişə demişəm, bundan belə də söyləyəcəm ki, qadın gizli qaldıqca, füsünkarlaşır. Amma çox təəssüf , səhnədə olan xanımlar məhz soyunmaqla gündəmdə olmaq istəyirlər".

"Dediklərindən başa düşülür ki, gündəmdə olmaq müəyyən mənada səni də bezdirib"-sualını isə Ruhi tam səmimiyyəti ilə belə cavablandı: "Deyəsən, bu, artıq belədir. Yəqin yaxın vaxtlarda bir az kənara çəkiləcəyəm. Düşünürəm, sənətimlə tam ciddi məşğul olmağımın vaxt yetişib. Bu işdə də sevimli bəstəkarım, müəllimim Nailə xanım Mirməmmədlinin köməyinə arxalanıram".

Xəbər lenti

Xəbər lenti