...

Türkiyənin dövlət naziri: "Türkdilli dövlətlərin ortaq dili yaradılmalıdır"

Cəmiyyət Materials 3 Oktyabr 2007 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Türkiyənin dövlət naziri Mehmet Aydın türkdilli dövlətlərin ortaq dilinin yaradılmasına çağırır. O, bu barədə çərşənbə günü azərbaycanlı qəzet redaktorları ilə görüşündə açıqlama verib. Görüş barədə çərşənbə günü Trend ə "Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı məlumat verib.

Ankarada səfərdə olan Azərbaycanın qəzet redaktorlarından ibarət nümayəndə heyəti Türkiyənin dövlət naziri Gürşad Tüzmən, xarici işlər nazirinin müavini Əhməd Ünal Çeviköz, parlamentin vitse-spikeri Maral Aqşinərlə, NTV, TRT telekanallarının rəhbərləri və digər meldia orqanları rəhbərləri ilə görüş keçiriblər.

Dövlət naziri Mehmet Aydınla görüşdə nazir bildirib ki, bütün türkdilli xalqların bir-birini başa düşməsi, rahat ünsiyyət qurması üçün ortaq türk dilinin yaradılması lazımdır. Nazir bunun üçün Azərbaycan və Türkiyə alimlərinin birgə çalışmasının vacibliyini qeyd edib. Türkiyəli nazir Aydınla görüşdə Azərbaycan KİV rəhbərləri Türkiyənin ədəbiyyat və mədəniyyətinin təbliği üçün Azərbaycanda Mədəniyyət Mərkəzinin açılmasını təklif ediblər. Bu təklif türkiyəli nazir tərəfindən müsbət qarşılanıb.

TRT kanalının baş direktor müavini Əli Güneylə görüşdə isə, türkdilli xalqların ortaq televiziyasının yaradılması məsələsi müzakirə olunub. TRT rəhbəri Azərbaycanın telekanalları ilə ortaq yayımının həyata keçirilməsinin mümkünlüyünü bildirib. TRT rəhbəri ilə görüşdə Azərbaycan redaktorları Azərbaycan filmlərinin Türkiyədə yayımlanması məsələsini qaldırıblar. TRT rəhbəri bu təklifi müsbət qarşılayıb və bunun üzərində düşünəcəklərini bildirib.

Xəbər lenti

Xəbər lenti