...

Müğənni Cəmilə: "Onsuz da dünya şou-biznesinə mən özüm çıxacam"

Cəmiyyət Materials 4 Oktyabr 2007 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr/müx. " Şahin Cavadsoy/ "Elit Star" titulunu özəlləşdirib rəqib tanımadığını söyləyən müğənni Cəmilədən xəbər var. Agah olun ki, Cəmilə xanım "Evrovision" mahnı yarışmasında Azərbaycanı təmsil etmək üçün özü tədarük görməyə başlayıb. Bu haqda "TrendLife"a məlumat verən müğənni bunları deyir: "Evrovision" a özüm gedəcəm. Başqasını görmürəm. Bir haşiyəyə çıxıb demək istəyirəm ki, mən illərdir idmanla məşğul olmuşam və bu gün də bu məşğuliyyətimi davam etdirirəm. Bilirsiz, sənət də idman kimi bir şeydir. Gərək, həmişə öz üzərində işləyəsən ki, uğura imza atmaqda çətinlik çəkməyəsən. Ümumilikdə götürəndə isə səs də məndə, gözəllik məndə. Meydana həmişə tək atılmağı xoşlayıram. Onsuz da dünya bazarına (şou-biznesi nəzərdə tutur) çıxacam".

"TrendLife"ın "Evrovision"a Emin Ağalarovun getmək şansı daha böyükdür" sualı isə Cəmiləni lap çaş-baş qoydu. Belə ki, özü az əvvəl dediyi fikirləri inkar etməyə başladı: "Emin Ağalarovun getdiyi bir yerdə mənim adım çəkilə bilməz, axı. Mənim sən deyən elə böyük arxam yoxdur. Adi müğənniyəm. Nazir arvadı deyiləm, atam nazir deyil. Adi camaat içində olan müğənniyəm. Başımı aşağı salıb, öz çörəyimi qazanıram. Emin bəyə uğurlar diləyirəm. Qoy gedib, bayrağımızı ucaltsın".

Xəbər lenti

Xəbər lenti