...

Eynulla Fətullayev xarici işlər nazirinin ərizəsi əsasında həbs olunduğunu iddia edir

Cəmiyyət Materials 5 Oktyabr 2007 13:05 (UTC +04:00)
Eynulla Fətullayev xarici işlər nazirinin ərizəsi əsasında həbs olunduğunu iddia edir

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iddia ərizəsi əsasında da "Realnı Azərbaycan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev həbs olunub, bu sözləri cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Fətullayevin işi üzrə keçirilən hazırlıq iclasında müttəhimin vəkili İsaxan Aşurov bildirərək vəsatət qaldırıb. Onun sözlərinə görə, Məmmədyarov Milli Təhlükəsizlik Nazirliyinə (MTN) müraciət edərək bildirib ki, Fətullayevin çap etdiyi yazılarından biri xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələrinin narahatlığına səbəb olub və bu, dövlətlərarası münasibətlərə xələl gətirib. Vəkil vəsatətində göstərib ki, Məmmədyarov bütün bunları təsdiq etmək üçün şahid qismində məhkəməyə dəvət olunmalıdır.

İşi aparan məhkəmənin sədri Mehdi Əsədov vəkilin vəsatətini təmin etməyib.

Fətullayev Cinayət Məcəllsinin terorla hədələmə (214.1-ci), qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması (283.2.2-ci) və vergidən yayınma maddələri ilə ittiham olunur.

Fətullayev aperiln 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Tatyana Çaladeznin iddiası əsasında Yasamal Rayon Məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

Məsələ ilə bağlı XİN-dən məlumat almaq mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti