...

Elmar Hüseynov mükafatı üçün müsabiqə elan olunub

Cəmiyyət Materials 5 Oktyabr 2007 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ ABŞ-ın Azərbaycandakı səfirliyi və Elmar Hüseynov Fondu jurnalistlər üçün Elmar Hüseynov adına mükafata müsabiqə elan edib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib ki, müsabiqə 15 iyul 2008-ci ilə qədər keçiriləcək.

Müsabiqəyə təqdim olunacaq bütün yazılı və elektron materiallar Azərbaycan dilində tərtib olunmalıdır. Materiallar münsiflər heyəti tərəfindən aktuallıq, siyasi cəhətdən qərəzsizlik və dalətlilik meyarlarına əsasən yoxlanılacaq.

300-1000 dollar arası 18 kiçik qrantın 12-ni qəzet, 6-nı televiziya jurnalistləri alacaqlar.

Xəbər lenti

Xəbər lenti