...

Rusiyanın "RTR Planeta" kanalının Azərbaycanda yayımı dayandırıla bilər

Cəmiyyət Materials 6 Oktyabr 2007 11:51 (UTC +04:00)
Rusiyanın "RTR Planeta" kanalının Azərbaycanda yayımı dayandırıla bilər

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Rusiyanın "RTR Planeta" kanalının Azərbaycanda yayımının dayandırılıb-dayandırılmaması məsələsi oktyabr ayı ərzində həllini tapacaq. Bu barədə Trend ə Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli açıqlama verib.

Onun sözlərinə görə, Rusiya tərəfi yalnız "RTR Planeta"nın Azərbaycanda yayımı üçün öz şərtlərini təqdim edib, halbuki Azərbaycan tərəfi qarşılıqlı yayım üçün müqavilə göndərmişdi.

"Bizə birtərəfli qaydada müqavilə göndəriblər, bu isə ümumi prinsiplərə uyğun gəlmir, üstəlik onların müqaviləsi Rusiya qanunvericiliyi əsasında hazırlanıb. Belə çıxır ki, hər hansı problem ortaya çıxarsa, onu Rusiyada həll etmək lazım gələcək" Məhərrəmli bildirib.

Məhərrəmlinin sözlərinə görə, danışıqlar hələlik davam etdirilir, lakin oktyabrda vəziyyət aydınlaşacaq və son qərar veriləcək.

Məhərrəmli xatırladıb ki, Azərbaycan Rusiya kanallarının yerli tezlikdə yayımını dayandıran ilk ölkə deyil. MDB ölkələri arasında Ukrayna, Moldova, Gürcüstan, Qazaxıstanda da artıq Rusiya telekanallarını yayımlamır.

Xəbər lenti

Xəbər lenti