...

Ramazan Bayramı Təzə Pir məscidində qılınan bayram namazı ilə başlayacaq

Cəmiyyət Materials 9 Oktyabr 2007 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S. Ağayeva/ Çərşənbə axşamı Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Ramazan Bayramı oktyabrın 12-si saat 10:00-da Bakının əsas məscidi olan Təzə Pir məscidində qılınan bayram namazı ilə başlayacaq.

Həmin gün Məhəmməd peyğəmbərin davamçıları üçün müqəddəs ay olan Ramazan başa çatır. Müsəlmanlar Ramazan ayının bitməsi ilə əlaqədar bayram edəcək, vəfat etmiş yaxınlarını yad edəcəklər.

Bayram münasibətilə Nazilər Kabinetinin verdiyi qərara əsasən 12-15 oktyabr iş günləri sayılmır.

Xəbər lenti

Xəbər lenti