...

Məhkəmə Eynulla Fətullayevin xarici işlər nazirinin ifadə verməsi vəsatətini təmin etməyib

Cəmiyyət Materials 10 Oktyabr 2007 12:23 (UTC +04:00)
Məhkəmə Eynulla Fətullayevin xarici işlər nazirinin ifadə verməsi vəsatətini təmin etməyib

Azərbaycan, Bakı Trend , müxbir İ.Əlizadə/ Məhkəmə "Realnıy Azərbaycan" və "Gündəlik Azərbaycan" qazetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin xarici işlər naziri Elmar Məmmədyarovun şahid qismində məhkəmədə dindirilməsinə dair vəsatətini təmin etməyib. Bu barədə çərşənbə günü Trend in məhkəmə zalındakı əməkdaşı məlumat verib.

Fatullayevin vəkili İsaxan Aşurov oktyabrın 5-də keçirilən məhkə iclası zamanı jurnalistlərə bəyan etmişdi ki, Azərbaycanın xarici işlər naziri Milli Təhlükəsizlik Nazirliyinə müraciət edərək bildirib ki, Fətullayevin dərc etdiyi yazılarından biri xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələrinin narahatlığına səbəb olub və bu, dövlətlərarası münasibətlərə xələl gətirib. Vəkil vəsatətində göstərib ki, Məmmədyarov bütün bunları təsdiq etmək üçün şahid qismində məhkəməyə dəvət olunmalıdır.

Azərbaycanın xarici işlər naziri Məmmədyarov buna cavab olaraq bildirmişdi ki, Fətullayevə qarşı iddia ilə çıxış etməyib.

Hakim Mehdi Əsədovun sədrliyi ilə bu gün keçirilən iclasda Fətullayevin vəkili Aşurov xarici işlər nazir Məmmədyarovun şahid qismində məhkəmədə dindirilməsinə dair vəsatət qaldırıb. Təqsirləndirən Fətullayev vəsatəti müdafiə edib, bildrib ki, ona qarşı cinayət işi Azərbaycan xarici işlər nazirinin Milli Təhlükəsizlik nazirliyinə yazdığı məktubu əsasında qaldırılıb. Dövlət ittihamçısı Çinqiz Şükürov vəsatətin təmin olunmamasını istəyib, bunu Məmmədyarovun məhkəmə prosesinə aidiyyatı olmaması ilə əsaslandırıb. Hakim vəsatəti təmin etməyib.

Fətullayev Cinayət Məcəlləsinin terrorçuluqla hədələmə (214.1-ci), qulluq mövqeyindən istifadə etməklə, milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması (283.2.2-ci) və vergidən yayınma maddələri ilə ittiham olunur.

Fətullayev aperiln 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Tatyana Çaladeznin iddiası əsasında,Yasamal Rayon Məhkəməsinin qərarı ilə, 2 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

Xəbər lenti

Xəbər lenti