...

Azərbaycanın ekologiya naziri Belqradda ətraf mühitin mühafizəsi aksiyasında iştirak edib

Cəmiyyət Materials 10 Oktyabr 2007 14:41 (UTC +04:00)
Azərbaycanın ekologiya naziri Belqradda ətraf mühitin mühafizəsi aksiyasında iştirak edib

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Serbiyanın paytaxtı Belqradda oktyabrın 10-da "Avpora üçün ətraf mühit" mövzusunda 6-cı Nazirlər Konfransının illik hesabat toplantısı

işinə başlayıb. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun iştirak etdiyi konfransın təşkilatçısı BMT-nin Avropa İqtisadi Komissiyasıdır (UNECE).

Toplantıda ekologiya nazirlərinin deklarasiyası qəbul ediləcək. Konfransda Avropa İqtisadi Komissiyasına üzv olan 56 ölkədən 1200 nümayəndə, o cümlədən 50 ölkənin nazir və səlahiyyətli şəxsləri iştirk edir. Ali toplantıda UNECE-nin ətraf mühitin qorunmasına dair çoxtərəfli sazişi, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin ətraf mühitin qorunması strategiyası müzakirə ediləcək.

Belqradda keçirilən konfrans çərçivəsində ətraf mühitin mühafizəsi şüarı altında Avropa ölkələri ekologiya nazirlərinin aksiyası keçirilib. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Bağırov da aksiyada iştirak edib.

Xəbər lenti

Xəbər lenti