...

"AzərReyl" Çempionlar liqası öncəsi heyətini möhkəmləndirmək niyyətində deyil

Cəmiyyət Materials 10 Oktyabr 2007 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Qadınlardan ibarət "AzerReyl" voleybol klubu Çempionlar liqası öncəsi heyətini möhkəmləndirmək niyyətində deyil.

Komandanın tərkibini Azərbaycan yığmasının Heydər Əliyev Kuboku, Avropa Qran-Prisi və qitə çempionatında çıxış edən oyuncuları təşkil edir. Bundan əlavə transfer pəncərəsinin bağlanmasına az vaxt qalıb və "AzerReyl" komandasının heyətinə qatmaq istədiyi bir çox tənınmış voleybolçular artıq digər kollektivlərlə müqavilə imzalayıblar.

Bundan əlavə, onların heyətində ötən il Çempionlar liqasının ən yaxşı oyunçusu və bombardiri Nataliya Məmmədova çıxış etməyəcək. O, İsveçrənin "Volero" klubu ilə müqavilə imzalayıb.

Xəbər lenti

Xəbər lenti