...

"Rast" qrupunun rəhbəri Rəşad Haşımov: "Biz özümüzü "Evrovision"la məhdudlaşdırmamalıyıq"

Cəmiyyət Materials 11 Oktyabr 2007 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /müx. "TrendLife" Günel Əhmədova/

"TrendLife" "Rast" qrupunun rəhbəri Rəşad Haşımovun orkestr yaradacağı barədə məlumat vermişdi. Xatırladaq ki, qrup rəhbəri orkestrin heyətini "Rast"ın üzvlərinən təşkil edəcəyini söyləmişdi. İndi isə Haşımov bir neçə musiqi janrının sintezi ilə

məşğuldur. Qrup rəhbərinin "TrendLife"a olan açıqlamasına görə, bu, caz, muğam və rokun sintezini təşkil edəcək. Müzikl şəklində hazırlanacaq proqramı "Rast"ın üzvləri səsləndirəcəklər. Eyni zamanda, Rəşad layihəsinə xanəndələrdən birini cəlb etməyi düşünür: "Hələlik proqram müəyyən edilir, daha sonra partiyalar bölünəcək və muğam bölməsini ifa edəcək şəxsin kimliyi dəqiqləşdiriləcək".

Qrup rəhbərinin əlavəsinə görə, musiqili layihə əsasən xarici səhnələr üçün nəzərdə tutulub. O, yeni layihəsini festivala çıxarmaq niyyətində olduğunu etiraf etdi.

Daha sonra musiqili proqram Avropa ölkələrinin səhnələrini dolaşacaq. "Bu gün ictimaiyyətin diqqətini daha çox "Evrovision" çəkir. Amma dünyada məşhur müsabiqələrin, festivalların sayı çoxdur. Biz özümüzü "Evrovision"la məhdudlaşdırmamalıyıq. Sözugedən layihəmi məhz festivallara çıxarmaq

niyyəti ilə hazırlayıram. Səsimiz məhz "Evrovision"dan deyil, bir çox yarışlardan

eşidilməlidir" - deyə Haşımov bildirdi.

Xəbər lenti

Xəbər lenti