...

ATƏT Cənubi Qafqaz ölkələrinin KİV-inə özünütənzimləmə məsələsində kömək edir

Cəmiyyət Materials 11 Oktyabr 2007 16:13 (UTC +04:00)
ATƏT Cənubi Qafqaz ölkələrinin KİV-inə özünütənzimləmə məsələsində kömək edir

Gürcüstan, Tbilisi/ Trend , müxbir E.Hüseynov/ Bir çox ATƏT ölkələrində jurnalistlərin etik və davranış Məcəllələrinin qəbul olunmasına baxmayaraq, təşkilata üzv ölkələrin hamsı üçün vahid bir sənədin qəbul olunması aktual məsələdir. Bu, KİV-in özünütənzimləməsinin mühüm tərkib hissəsidir. bu barədə cümə axşamı Tbilisidə Cənubi Qafqaz ölkələri jurnalistlərinin konfransında ATƏT-in məsul nümayəndəsi Aleksandr Boldırev bildirib.

Boldırevin sözlərinə görə, özünütənzimləmə sistemi Cənubi Qafqaz ölkələrində - Azərbaycanda 2003-cü ildə Mətbuat Şurasının yaradılması, Gürcüstanda 2005-ci ildə KİV Şurası yaradılması, Ermənistanda 2007-ci ildə KİV observatoriyasının yaradılması ilə mövcuddur.

"Bu ölkələrdə özünütənzimləmə sisteminin artıq möhkəmlənməyə başlamasına baxmayaraq, onların gələcəkdə də effektiv olması barədə müzakirələr genişlənir. Bir müddət öncə yaradılmış özünüidarə mexanizmlərinin yaxşılaşdırılması hələ də çox mühümdür. Bu mexanizmlərdə dəyişiklik aparılmasına təlabatın qiymətləndirilməsi Cənubi Qafqazda azad KİV-lə bağlı ümumi vəziyyətin yaxşılaşmasına yardım edəcək",-deyə ATƏT -in büro nümayəndəsinin baş məsləhətçisi Aleksandr Boldırev söyləyib. Ekspert əlavə edib ki, xarici müdaxilə olmadan, jurnalist materialının saxlanılması üzrənidəki təsir redaktorların məsuliyyətindədir ki, bu da KİV özünütənzimləmə sistemi tərəfindən təmin oluna bilər. Onun sözlərinə görə, bu cür mexanizmlər ümumi qayadalara könüllü əməl etmə tələb edir.

4-cü Cənubi Qafqaz KİV Konfransı iki gün edəcək və onun işində, təqribən 50 jurnalist və ekspert iştirak edir. ATƏT-in dəstəyi ilə keçirilən konfrans zamanı regionda KİV-in özünütənzimləməsi ilə bağlı müzakirələr aparılır. Görüşdə Bolqarıstan, Türkiyə, Rusiya, Fransadan ekspertlərin çıxışı, region ölkələrindən məruzəçilərin iştirakı və jurnalistlərin müzakirəsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti