Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ İslam dinini və Məhəmməd peyğəmbəri təhqir etdiyi üçün həbs olunmuş Azərbaycan jurnalistləri barələrində bəraət hökmünün çıxarılması üçün Ali Məhkəməyə şikayət veriblər.
Ali Məhkəmədən çərşənbə axşamı Trend ə bildirilib ki, Səbayel rayon məhkəməsinin hökmü ilə 4 il həbs cəzası almış "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və 3 il həbs cəzası almış yazar Rafiq Tağının kassasiya şikayətinə noyabrın 13-də hakim Müzəffər Ağazadənin sədrliyi ilə baxılacaq.
Samir Sədaqətoğlu və Rafiq Tağı Cinayət Məcəlləsinin irqi, milli və dini nifrət və düşmənçiliyin salınması(283-cü) maddəsi ilə təqsirləndirilərək ötən ilin noyabrında həbs ediliblər.
Onlar "Avropa və biz" məqaləsində İslam dini və Məhəmməd peyğəmbər haqqında bəzi təhqiredici fikirlərin səsləndirməkdə günahlandırılırlar.
Azərbaycanda hazırda 7 jurnalist peşə fəaliyyəti ilə bağlı həbs olunub. Onların əfvi
üçün prezidentə müraciət olunub.