...

Müğənni Manana "8-104"-ün tamaşaçılarını aldatdı

Cəmiyyət Materials 18 Oktyabr 2007 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /müx.TrendLife Fəridə Məhərrəmqızı/

"Space" telekanalında yayımlanan "8-104" verilişinin bu günkü qonağı müğənni Manana olmalı idi. TrendLife hələ dünən bu barədə oxuculara məlumat vermişdi. Lakin son anda başqa bir işlə əlaqədar, Manana "Space"ə təşrif buyura bilməyib. Bu günkü veirilişin qonağı isə, tanınmış müğənni Samirə oldu.

"8-104" proqramı Samirənin populyar mahnıları davam edirkən, aparıcı Nəsib Nur, həmişəki kimi, özünəməxsus formada idi. Veiriliş boyu tamaşaçılardan daxil olan zənglərin əksəriyyəti 18 oktyabr-Dövlət Müstəqilliyi Günü ilə bağlı təbriklərdən ibarət idi. SMS-lərdə isə, verilişin növbəti qonağı ilə bağlı arzu və istəklər ifadə olunurdu. Bu günkü proqramın tamaşaçıları öz SMS-lərində meyxanaçı Namiq Qaraçuxurlunu "8-104"də qonaq qismində görmək istədiklərini bildirirdilər. Tamaşaçıların istəklərinə hörmətlə yanaşan aparıcı arabir zarafatından da qalmırdı. Verilişin qonağı Samirə isə, yaradıcılığındakı yeniliklərindən danışdı. Tamaşaçılara məlum oldu ki, bu yaxınlarda onun ikinci diski işıq üzü görüb. Diskin adı "Yağış olsam" adlanır. Samirəyə gələn SMS-lərin birində isə, deyilirdi: "Samirə, verilişdə hər gün qonaq sən ol". Populyar müğənni isə, "axı bu düzgün olmaz" sözləri ilə onlara təsəlli verdi. Verilişin sonunda Binə qəsəbəsindən zəng vuran Cavad adlı tamaşaçı həyəcanla müğənni Faiq Ağayevin qonaq çağırılmasını istədi. Bir qədər sonra isə, tamaşaçıların istəyi ilə gənc müğənni Ayaz "8-104" təşrif buyurdu. Ayaz da, öz növbəsində, bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibəti ilə təbrik etdi. O da tamaşaçılara öz mahnılarını sevə-sevə ərməğan etdi. Müğənni bu yaxınlarda yeni albomunun çıxacağını söylədi. Albom "Sevgi yolu" adlanacaq. Beləcə, proqramın növbəti buraxılışı başa çatdı.

Xəbər lenti

Xəbər lenti