...

ŞHK-nın üzvü Cavid İmamverdiyev: "Yeni "Parni iz Baku" komandası on beş il sonra yaranacaq və bu komandada bizim övladlarımız iştirak edəcəklər"

Cəmiyyət Materials 20 Oktyabr 2007 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Neçə ildir ki,bizi Moskva səhnəsində təmsil edən yoxdur. Nəyə görə bizdə yeni, səviyyəli ŞHK yaranmır? Bu sualla TrendLife ŞHK-nin üzvü Cavid İmamverdiyevə müraciət etdi: "Bu sualı bizə neçə illərdir ki, verirlər. Həmçinin, komandanın olmamasında da bizi günahlandırırlar. Bu yaxınlarda yenidən Bəhramla mənə bu sualı verdilər. Biz isə öz növbəmizdə suala bu cür cavab verdik. Komanda olacaq. Lakin on beş ildən sonra. Yəni uşaqlarımız böyüyəndə. Onda bizim də maliyyə durumumuz kifayət qədər yaxşı olacaq, onlara hər işdə kömək edəcəyik. Biz çox istərdik ki, bizim keçirdiyimiz həyəcanı onlar da keçirsinlər. İndi komanda yaratmaq çox çətindir. Çünki rusdilli uşaqlar azdır. Bu o demək deyil ki, heç yoxdur. Var. Onlar özləri də ŞHK-da iştirak etmək istəyirlər. Lakin bizim dövrümüz başqa idi. Tələbə olanda, çörək haqqında düşünmürdük. İndi isə seçdiyimiz insanlara maaş verməliyik. Bundan əlavə, komandamızdan 3-4 nəfər onlarla daim məşğul olmalıdır. Bu isə o deməkdir ki, sırf bu işlə məşğul olmalıyıq. Axı biz də uşaq deyilik, bizim də ailəmiz var. Bir faktı da nəzərinizə çatdırım ki, biz 1992-ci ildə Moskvada yarım- finalda iştirak edəndə, komandamız 86 nəfərdən ibarət idi. Onların yarısı Moskvada yaşayırdı. Hər şey isə ona görə edilirdi ki, qalib gələk, hər kəsin yanında başı yuxarı gəzək. Məncə, Respublika özü yeni ŞHK yaratmağı Anar Məmmədxanova həvalə etməlidir. Bu mənim subyektiv fikrimdir."-deyə İmamverdiyev bildirdi.

Xəbər lenti

Xəbər lenti