...

"Rast Production" prezidenti Rəşad Haşımov: "Azərbaycan muğamında ingilis dilini istifadə etmək istəyirəm"

Cəmiyyət Materials 23 Oktyabr 2007 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr \müx. TrendLife Eldar Hüseynzadə/

Rəşad Haşımov hazırda maraqlı bir layihə üzərində işləyir: "Hazırda yeni bir layihə üzərində işləyirəm. Bilmirəm, nə dərəcədə maraqlı alınacaq. İstərdim ki, muğamın sintezini yaradım. Biz bu layihə ilə nəinki xaricə getmək, muğamımızı nümayiş etdirmək istəyirik. Muğamdan dil maneçiliyini aradan qaldırıb, milli musiqimizdə ingilis dilini tətbiq etmək, dahi şairlərin əsərlərini həmin dilə tərcümə etmək istərdik. Ümidvaram ki, Yeni ilə qədər layihəni bitirəcəyik. Bəzi xarici ölkələrdən artıq təkliflər gəlib. Bu sırada Finlyandiyanın, İsveçrənin və başqalarının adını çəkə bilərik. Danışıqları isə layihə bitdikdən sonra aparacağıq."

Xəbər lenti

Xəbər lenti