...

Şəkidəki tikintilərə seysmoloji xidmət Mərkəzindən rəy alınıcaq

Cəmiyyət Materials 26 Oktyabr 2007 01:51 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend müxbir E. Quliyev/ Şəki şəhərində aparılan bütün tikintilər Seysmoloji Xidmət Mərkəzindən rəy almalıdır. Bu sözləri Şəkidə keçirilən iki günlük seminarda xidmətin baş direktoru Arif Həsənov dedi.

"Azərbaycanda seysmik müşahidələrin problemləri və mövcud vəziyyəti" mövzusunda çıxış edın baş seysmoloq hər il ölkədə 800-900 zəlzələ təkanlarının qeydə alındığını bildirdi. Həsənov hazırda gedən geniş tikinti işlərində ərazinin seysmoloji aktivliyinin nəzərə alınmadığını və bunun acı nəticələrə səbəb ola biləcəyini qeyd etdi. Cənab Həsənov Şəki şəhər Icra hakimiyyəti ilə bu mövzuda danışıqlar apardığını, bu sahəyə diqqətin artırılacağına nail olduğunu və hazırda ölkədə seysmoloji stansiya şəbəkəsinin genişləndirildiyini dedi. Şəkinin də seysmik cəhətdən aktiv ərazidə yerləşdiyini deyən baş direktor bu məsələnin Icra başçısı ilə müzakirə etdiyini bildirdi.

Şəki Azərbaycanın şimal-qərbində, paytaxt Bakıdan 352 km məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti