...

Gəncədə fəaliyyət göstərən 100-ə yaxın vəhabi nəzarət altındadır

Cəmiyyət Materials 30 Oktyabr 2007 18:05 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Gəncə şəhərində fəaliyyət göstərən 100-ə yaxın vəhabi nəzarət altındadır, çərşənbə axşamı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə şəhər Şöbəsinin sədri Firdovsi Kərimov bildirib. Onun sözlərinə görə, Gəncədə fəaliyyət göstərən vəhabilərdə radikal meyllər müşahidə olunmayıb.

"Radikal vəhabilər Bakı, Sumqayıt şəhərlərində və Azərbaycanın şimal bölgəsində cəmləşiblər" Kərimov deyib.

Bir neçə gün öncə Bakıdan 380 kilometr qərbdə yerləşən Xanlar rayonundakı N saylı hərbi hissədə qulluq edən zabit Kamran Əsədov külli miqdarda silah-sursat götürərək qaçıb. Milli Təhlükəsizlik Nazirliyinin apardığı əməliyyat tədbirləri zamanı bəlli olub ki, Əsədov radikal vəhabi dini təriqətə qulluq edir və cinayət bir qrup şəxslə törədib. Azərbaycanın hüquq-mühafizə orqanlarına radikal dini qrupların ölkənin strateji obyektlərində, o cümlədən diplomatik korpuslarında terror törədəcəkləri bəlli olub.

Kərimov bildirib ki, paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşən Gəncədə vəhabilər, ötən illə müqayisədə, 20 nəfər artıb.

Xəbər lenti

Xəbər lenti