...

Human Rights Watch Azərbaycanın iki müxalifət qəzeti rəhbərinin azad edilməsini tələb edir

Cəmiyyət Materials 31 Oktyabr 2007 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir A.Qasımova/ Human rights watch Beynəlxalq Hüquq Müdafiə Təşkilatı hesab edir ki, iki müxalifət qəzetinin baş redaktoru Eynulla Fətullayevlə bağlı Azərbaycan məhkəməsinin çıxardığı hökm siyasiləşdirilib və onun dərhal azad edilməsini tələb edir. "Fətullayevə qarşı cinayət işi siyasi cəhətdən əsaslandırılıb, hökm dərhal ləğv olunmalı və o özü isə azad olunmalıdır" - deyə təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Xolli Kartnerin çərşənbə günü yayılan bəyanatında bildirilir.

Çərşənbə axşamı Azərbaycanın Ağır Cinayətlərə dair İş üzrə Məhəkəməsində "Realnıy Azerbaycan" və "Gündəlik Azərbaycan" müstəqil nəşrlərinin baş redaktoru Eynulla Fətullayevi terrorçuluqla hədələmə, millətlərarası ayrı-seçkinliyin qızışdırılması, vergidən yayınmada təqsirli bilərək, onu 8 il 6 aylıq müddətə azadlıqdan məhrum edib.

Human rights watch hesab edir ki, oxşar hökm özündə hakimiyyətin fikir və mətbuat azadlığına qarşı münasibətdə artan düşmənçiliyini əks etdirir. Kartnerin sözlərinə görə, siyasi əsaslandırılmış cinayət işləri və jurnalistlərə qarşı zorakılığın davamlı olaraq artması Azərbaycanda azad səsi boğmaq məqsədi daşıyır. 

Cari ilin aprel ayında Bakının Yasamal Rayon Məhkəməsi Fətullayevi öz internet səhifəsində yazdığı məqalədə 1992-ci il Xocalı faciəsində azərbaycanlılara qarşı təhqir və böhtan atmaqda ittihim edib.

Fətullayev müəllifliyini təsdiq etmədi, lakin 8 il yarımlıq həbs cəzası aldı.

Mayda "Realnıy Azerbaycan" və "Gündəlik Azərbaycan" nəşrini dayandırmağa məcbur olub. Bu, Fövqəladə Hallar və Milli Thəlükəsizlik Nazirliklərinin əməkdaşları tərəfindən jurnalistlərin redaksiyadan çıxarılması və redaksiyaya məxsus kompüterlər və digəravadanlıqları götürülüb, ofis möhürləndikdən sonra baş verib.

Fətullayev böhtan və digər maddələrə dair iş üzrə həbs olunan səkkizinci Azrbaycan jurnalistidir.

Xəbər lenti

Xəbər lenti