...

İsrail parlamentinin vitse-spikeri Yaxın Şərq Azərbaycanlıları Konqresinin fəaliyyətini dəstəkləyəcək

Cəmiyyət Materials 2 Noyabr 2007 14:31 (UTC +04:00)
İsrail parlamentinin vitse-spikeri Yaxın Şərq Azərbaycanlıları Konqresinin fəaliyyətini dəstəkləyəcək

İsrail, Qüds / Trend müxbir R. Məmmədov/ İsrail Knessetinin vitse-spikeri Amnon Koen Yaxın Şərq Azərbaycanlıları Konqeresinin fəaliyyətini dəstəkləməyə və təşkilatın perspektiv layihələrinə hər cür dəstək göstərməyə hazırdır. Bu barədə Knessetin vitse-spikeri Koen Konqresin nümayəndələri ilə Ramle şəhərində (İsrailin mərkəzi) keçirilən görüş zamanı bildirib.

İkitərəfli Azərbaycan-Türkiyə münasibətlərinə toxunaraq deputat Koen bəyan edib ki, bu münasibətlər yəhudi və Azərbaycan xalqlarının zəngin irsinə və tarixən mövcud olan qarşılıqlı hörmətə əsaslanır. "Azərbaycan və İsrail arasında əməkdaşlıq dərin köklərə malikdir. Əsrlərlə və indinin özündə də yəhudilər Azərbaycanın bərabərhüquqlu vətəndaşları olublar. 19-cu əsirin sonlarından 20-ci əsrin əvvəllərinə, eləcə də bu günün özünə qədər Azərbaycanda yaşayan yəhudilər ölkədə elm, mədəniyyət, səhiyyə, iqtisadiyyat, sənayenin inkişafında böyük xidmətlərə malikdirlər" - deyə İsrail parlamentinin vitse-spikeri bildirib. Vitse-spiker həmçinin qeyd edib ki, Konqersdə Azərbaycan-İsrail əməkdaşlıq lobbisinin həqiqi nümayəndələrini görür.

Aleks-Şapiro-Suliman təşkilatının məqsədləri, gələcək layihələri barədə məlumat verib. "Azərbaycanlıların güclü və nüfuzlu Konqresi İsrail və Azərbaycan arasında əməkdaşlıq maraqlarını müdafiə etməyə qadir çox geniş bir təşkilat təəssüratı bağışlayır" - deyə Suliman bildirib.

Konqres prezidenti qeyd edib ki, Konqres vitse-spiker Koen və Buxara yəhudiləri ilə əməkdaşlıq etməkdə maraqlıdır. Onun sözlərinə görə, Buxara konqresinin elm, təhsil, mədəniyyət, səhiyyə sahəsində proqramların həyata keçirilməsi təşəbbüsü Yaxın Şərq Azərbaycanlıları Konqeresinin missiyasının tərkib hissələrindən biridir.

Xəbər lenti

Xəbər lenti