...

Azərbaycan şahmatçıları Kritdəki AÇ-nın altıncı turunda Sloveniya ilə qarşılaşacaqlar

Cəmiyyət Materials 2 Noyabr 2007 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Şahmat üzrə kişilərdən ibarət Azərbaycan yığması Kritdə keçirilən Avropa çempionatının komanda turnirinin 6-cı turu çərçivəsində, Sloveniya ilə qarşılaşacaq.

Trend in verdiyi məlumata görə, rəqib üzərində qələbə, kollektivin yenidən birinci üçlüyə daxil olmasına imkan yaradacaq və məşqçi heyəti görüşə mübariz heyət çıxaracaq. Noyabrın 2-də turnirdə istirahət günüdür və bu, qrossmeysterlərə yarışın birinci hissəsində sərf etdikləri enerjini bərpa etməyə imkan verəcək. Rusiyaya məğlub olan Azərbaycan komandası medallar uğrunda mübarizəni davam etdirmək üçün, Sloveniya üzərində qələbə qazanmalıdır.

Çempionat 9 turluq İsveçrə sistemi üzrə keçirilir.

Xəbər lenti

Xəbər lenti