...

Fidan və Xuraman Qasımova bacıları Bakıda solo konsert proqramı ilə çıxış edəcəklər

Cəmiyyət Materials 5 Noyabr 2007 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/ Tanınmış opera müğənniləri Fidan və Xuraman Qasımova bacıları öz səhnə fəaliyyətlərinin 30 illik yubileyini təntənəli şəkildə qeyd edirlər. Belə ki, bu münasibətlə oktyabrın sonunda Moskvada konsert proqramı ilə çıxış edən müğənni bacılar dekabrda paytaxt sakinləri qarşısında solo konsertlə çıxış etməyi düşünürlər. Xalq artisti Xuraman Qasımovanın TrendLife-a verdiyi məlumata görə, konsert proqramı Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində keçiriləcək. Amma bu hələ hamısı deyil. Həmin gün opera müğənniləri ilə birlikdə eyni səhnədə SSRİ xalq artisti Vladimir Kraynevin də çıxışı gözlənilir.

Xəbər lenti

Xəbər lenti