...

Jurnalistlərin Müdafiəsi üzrə Komitə Azərbaycanda qəzet redaktorunun həbs olunmasından narahatdır

Cəmiyyət Materials 8 Noyabr 2007 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova / Jurnalistlərin Müdafiəsi üzrə Beynəlxalq Komitə Azərbaycanın "İdeal" qəzetinin redaktoru və təsisçisinin həbs olunması ilə bağlı narahatlığını ifadə edir. Bu barədə Komitə rəhbəri Coul Saymonun Komitə saytında yerləşdirilən müraciətində deyilir.

Noyabrın 6-da Bakının Nəsimi rayon məhkəməsi "İdeal" qəzetinin baş redaktoru və təsisçisi Nazim Quliyevi Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən böhtan (147) və təhqir (148) cinayətlərində təqsirli bilərək 2il,6 ay müddətinə həbs olunmasına dair qərar çıxarıb.

Quliyev Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun xüsusi ittiham qaydasında şikayəti üzrə həbs olunub. Şikayətdə qəzetin 2007-ci il mayın 26-sı və avqustun 26-sı tarixlərində nəşr olunan "Baş Dövlət Yol Polis İdarəsi qiymətləri qaldırır" və "Baş Dövlət Yol Polis İdarəsində it yiyəsini tanımır" adlı məqalələrdə iddiaçının şərəf və ləyaqətinə toxunulduğu göstərilir.

"Nazim Quliyevin böhtan və təhqir üzrə həbs olunması - onun jurnalist araşdırmalarına yolverilməz cavabdır. Biz ölkənin demokratikləşən cəmiyyətə qoşulması üçün Cinayət Məcəlləsindən "Böhtan" maddəsinin çıxarılması xahişi ilə Azərbaycan hökumətinə müraciət etmişik" - deyə müraciətdə bildirilir.

Xəbər lenti

Xəbər lenti