...

Məhkumlar arasında idman yarışları keçiriləcək

Cəmiyyət Materials 8 Noyabr 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi arasındakı razılaşmaya görə, məhkumlar arasında idman yarışları təşkil olunacaq.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən cümə axşamı Trend ə bildirilib ki, razılaşmaya görə, 2007-2008-ci illərdə cəzaçəkmə müəssisələrində idman yarışlarının təşkili və məhkumların vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində çoxsaylı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Yarışların səmərəliliyinin artırılması üçün, penitensiar müəssisələr yeni idman ləvazimatları ilə təchiz olunacaq, bəzi müəssisələrdə isə, süni örtüklü idman meydançaları quraşdırılacaq.

Məhkumların dini maarifləndirməsi ilə bağlı, Penitensiar Xidmət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir. Məhkumlar üçün nəzərdə tutlan seminarlarda onlara "Dinin cəmiyyətdə yeri və rolu", "Dövlət-din müanasibətləri" və s. mövzularda mühazirələr oxunub.

Xəbər lenti

Xəbər lenti