...

Azərbaycanlı iş adamı Türkiyədə məktəb tikdirib

Cəmiyyət Materials 13 Noyabr 2007 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanlı iş adamına məxsus "Palmali" Şirkətlər Qrupu Türkiyənin Ərdahan vilayyətində məktəb tikdirib. "Türkiyə-Azərbaycan Qardaşlığı məktəbi" adlanan təhsil ocağının çərşənbə axşamı açılışı olub.

Bu barədə Trend ə şirkətdən məlumat verilib.

Məktəb müasir standartlara uyğun tikilib, ən yeni texnika və avadanlıqlarla təchiz olunub. Bu təhsil ocağında yaxınlıqdakı Altaş və Seyitorən kəndlərindən olan şagirdlərlə yanaşı, ətraf ucqar kəndlərdə yaşayan uşaqlar da təhsil ala biləcəklər. Şagirdləri məktəbə aparıb gətirmək üçün "Palmali" şirkəti məkətəbi avtobusla da təchiz edib.

"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov bildirib ki, şirkət bu kimi işlərini davam etdirəcək və gələcəkdə məktəbin təminatını öz üzərinə götürməklə şagirdlərin qayğısına qalacaq.

Bu, "Palmali" Şirkətlər Qrupunun Türkiyə və Azərbaycanda həyata keçirdiyi təmənnasız humanitar layihələrdən biridir.

"Palmali" Şirkətlər Qrupu Aralıq, Baltik, Xəzər və Qara dəniz hövzələrində yük daşınmalarını həyata keçirir. Şirkət Rusiyanın daxili sularında yük daşınmaları üzrə liderdir. Şirkətin donanması 129-dan artıq tanker və yük gəmisindən ibarətdir və bu gəmilərin əksəriyyəti Azərbaycanın tanınmış ziyalıları, dövlət xadimləri və qəhrəmanlarının, həmçinin şəhər və regionlarının adlarını daşıyır.

Xəbər lenti

Xəbər lenti