...

Maarifləndirmə işinin gücləndirilməsi üçün gələn ildən Azərbaycanın televiziya kanallarında dini verilişlər efirə çıxacaq

Cəmiyyət Materials 14 Noyabr 2007 18:30 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend , müxbir E.Quliyev/ Azərbaycanda radikal dini təriqətlərin fəaliyyətinin qarşısının alınması üçün maarifləndirmə işləri gücləndiriləcək. "Ölkədə kifayət qədər dini ədəbiyyatın nəşr edilməməsi xaricdən gətirilən dini ədəbiyyatların geniş yayılmasına səbəb olub" çərçənbə günü Şəkidə seminar-treninq keçirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov bildirib. İsmayılov bildirib ki, ölkədə maarifləndirici dini kitabların çapı üçün gələn ilin əvvəllindən komitədə yeni mətbəə fəaliyyətə başlayacaq.

"Maarifləndirmə işinin gücləndirilməsi üçün gələn ildən televiziya kanallarında dini verilişlər efirə çıxacaq"- İsmayılov deyib.

Ötən həftə Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanda radikal vəhabilərin silahlı dəstələrini zərərsizləşdirib. Onlar ölkədə ölümlə nəticələnən silahlı basqınlar ediblər və Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklərə qarşı terror aktı törətməyə cəhd ediblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə, bəyan edib ki, xaricdə təhsil alan azərbaycanlı tələbələrin radikal dini təriqətlərə cəlbi ilə bağlı təhlükə mövcuddur.

Şəki paytaxt Bakıdan 352 kilometr şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti